Bakının bir sıra yollarında tıxac yaranıb.
Modern.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. "20 Yanvar" dairəsində;
10. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
11. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
13. "Qələbə" dairəsi, Mətbuat prospekti istiqamətində;
14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.