İran və Ermənistan arasında Norduz rayonunda iki gün davam edən hərbi təlimlər başa çatıb.
Modern.az xəbər verir ki, İRNA-nın məlumatına görə, təlimdə yüngül və ağır silahlardan istifadə, xüsusi təyinatlıların snayper bacarıqlarının nümayişi, söküntü və partlayış əməliyyatları və atəş dəstəyi yer alıb.
Qeyd edilir ki, təlimlərin əsas məqsədi sərhəd təhlükəsizliyinin gücləndirilməsi olub.
Təlimə briqada generalı və İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliullah Mani rəhbərlik edib.
Onun sözlərinə görə, İranın prioriteti bütün qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməkdir.