Modern.az

Əliyev Ərdoğanla belə görüşdü - VİDEO

Əliyev Ərdoğanla belə görüşdü - VİDEO

Aktual

11 Aprel 2025, 14:46

Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü keçirilib.

Modern.az xəbər verir ki, Anadolu Agentliyinin xəbərində Türkiyə və Azərbaycanın bir çox sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün addımlar atacaqları bildirilib.

Məlumata görə, görüş zamanı Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Türkiyə və Azərbaycanın enerji, nəqliyyat və müdafiə sənayesi başda olmaqla bir çox sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün addımlar atmağa davam edəcəklərini bildirib.

Prezident Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh prosesinin qənaətbəxş olduğunu, Türkiyənin Azərbaycanı Cənubi Qafqazda sülhün memarı kimi görmək istədiyini, Türkiyənin Ermənistanla normallaşma prosesini diqqətlə davam etdirdiyini bildirib.

Dövlətimizin başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib.
 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI