"Gürcüstan Dəmir Yolları" (GDY) Bakı-Tbilisi qatarı barədə açıqlama verib.
Modern.az-ın məlumatına görə, qurumdan bildirilib ki, Bakı və Tbilisi arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası istiqamətində işlər davam edir.
Lakin reyslərin bərpasının dəqiq tarixi daha sonra açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bir müddət əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyi qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini bildirmişdi.