Modern.az

İlham Əliyev Avropa Şurasının Baş katibi ilə GÖRÜŞDÜ

İlham Əliyev Avropa Şurasının Baş katibi ilə GÖRÜŞDÜ

Aktual

12 Aprel 2025, 12:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub.

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidmətinin məlumatında bildirilib.

Söhbət zamanı Alen Bersenin COP29 çərçivəsində ölkəmizə səfəri və onun Azərbaycan Prezidenti ilə görüşü məmnunluqla xatırlanıb. COP29 zamanı qlobal iqlim gündəliyi ilə bağlı vacib qərarların qəbul olunduğu bir daha vurğulanıb.

Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI