Modern.az

Əks halda aldadıb pulunuzu oğurlayacaqlar - Polisdən XƏBƏRDARLIQ

Əks halda aldadıb pulunuzu oğurlayacaqlar - Polisdən XƏBƏRDARLIQ

Aktual

14 Aprel 2025, 22:58

Kibertəhlükəsizlik - informasiya təhlükəsizliyidir. Hər kəs təhlükəsizliyi üçün fərdi məlumatlarını qorumalıdır.

Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Çünki, kimdə smartfon varsa internetə çıxışı var. İnternetə çıxışı olan hər bir şəxs cinayətkarların tələsinə düşə bilər. Risk qaçılmazdır.

Cəlbedici olan, bank kartlarınızda olan pul vəsaitləridir. Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır. Əks halda aldadıb pulunuzu oğurlayacaqlar”, - E.Hacıyev qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular