Modern.az

Gəncədə evləri su basdı - FOTO

Gəncədə evləri su basdı - FOTO

Aktual

15 Aprel 2025, 13:42

Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı Gəncə şəhərinə yağan yağışlar nəticəsində Gəncə şəhərinin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinə yağış suları dolub.

Gəncə Şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, Gəncə şəhər Sukanal İdarəsi və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və texnikaları əraziyə cəlb olunublar. Həyətlərə və evlərə dolan sular çəkilir, yağış sularının istiqamətinin dəyişdirilməsi üçün iş görülür.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!