Modern.az

İtaliya prezidenti ürəyindən əməliyyat olundu

İtaliya prezidenti ürəyindən əməliyyat olundu

Aktual

16 Aprel 2025, 14:26

İtaliya Prezidenti Sercio Mattarella əməliyyat olunub.

Modern.az xəbər verir ki, bu barədə məlumatı ölkənin “L’Unione Sarda” qəzeti yayıb. 

Bildirilib ki, Romada “Santo Spirito” xəstənasında 83 yaşlı dövlət başçısının ürəyinə kardiostimulyator quraşdırılıb. 

Məlumata görə, əməliyyat planlaşdırılmış olub. Həmçinin hazırda İtaliya liderinin vəziyyətinin stabil olduğu vurğulanıb. 

Xatırladaq ki, Mattarella 2015-ci ildən İtaliya Prezidentidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi