Modern.az

Güclü külək işıqforlara zərər vurdu

Güclü külək işıqforlara zərər vurdu

Aktual

16 Aprel 2025, 17:32

Paytaxtda əsən güclü külək bir sıra yollar üzərində yerləşən svetoforlara zərər vurub.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda NİİM-in əməkdaşları yollardakı vəziyyəti nəzarətdə saxlayır və yaranan problemlərin operativ şəkildə aradan qaldırılması üçün tədbirlər görülür.

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə vətəndaşlara müraciət olunub. Vətəndaşlardan xahiş edilir ki, əgər paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı nasazlıq və ya problem müşahidə edilərsə, bu barədə dərhal Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat fəaliyyət göstərən +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi