Modern.az

Gürcüstan prezidenti İrəvana gedir

Gürcüstan prezidenti İrəvana gedir

16 Aprel 2025, 17:46

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 28-29-da Ermənistanda rəsmi səfərdə olacaq.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin saytında bildirilib.

Səfər zamanı Kavelaşvili baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 20-də İrəvana səfər edib və o, erməni həmkarı Nikol
Paşinyanla iki ölkənin milli komandaları arasında keçirilən futbol matçına baxıb. Martın 23-də Paşinyan milli komandaların ikinci oyununun keçirildiyi Tbilisiyə səfər edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?