Modern.az

Ermənistanla Azərbaycan arasında yeni müharibəni unudun! - Paşinyan

Ermənistanla Azərbaycan arasında yeni müharibəni unudun! - Paşinyan

Aktual

17 Aprel 2025, 16:40

Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, aprelin 17-də parlamentdə deyib.

“Ermənistan və Azərbaycan ərazi bütövlüyünü, suverenliyini, bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və güc tətbiq etmə hədəsinin yolverilməzliyini tanıyıb. Bu, təkcə siyasi müstəvidə deyil, həm də hüquqi müstəvidə baş verir, çünki Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə hər iki ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir. Bu sənəddə Alma-Ata bəyannaməsi ümumilikdə münasibətlərin tənzimlənməsinin əsas prinsipi kimi qəbul edilib.  Və bu bəyannamədə əsas prinsiplər sovet respublikalarının sərhədlərinin toxunulmazlığı, bir-birinin ərazi bütövlüyünün tanınması, daxili işlərə qarışmamaq, güc tətbiq etməməkdir”.

Ermənistanla Azərbaycanın sülh sazişi layihəsinin bütün maddələrini razılaşdırdıqlarını vurğulayan N. Paşinyan onu imzalamağa hazır olduqlarını bəyan edib.

“Ermənistanla Azərbaycan arasında eskalasiya və müharibəni unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalıyıq. Biz eyni vaxtda sülh sazişini və Minsk Qrupunun strukturlarının ləğvi ilə bağlı birgə bəyanatı imzalamağa hazırıq”, - Paşinyan bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi