Modern.az

Paşinyan vegetarianlığa keçib, oruc da tutur

Paşinyan vegetarianlığa keçib, oruc da tutur

Aktual

18 Aprel 2025, 10:00

Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı maraqlı məlumat yayılıb.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, Qafana səfəri zamanı “Karavan” restoranında Nikol Paşinyanla şam yeməyinə qatılanlar baş nazirin sırf bitki mənşəli qidalarla qidalandığını müşahidə ediblər - o, ətrafındakılara ət və ya heyvan mənşəli digər məhsullar yediyini deyib.

Naharda iştirak edənlərdən biri qəzetə deyib ki, Paşinyanın qida rasionunu dəyişməyinin səbəbi çoxlarını maraqlandırsa da, heç kim ondan vegetarianlığa keçib-keçmədiyini soruşmağa cəsarət etməyib. Bəziləri Paşinyanın oruc tutduğunu güman edib.

Xatırladaq ki, indi Erməni Apostol Kilsəsinin təsis etdiyi orucluq dövrüdür: Böyük Oruc şənbə günü başa çatacaq.

Mətbuat yazır ki, Nikol Paşinyan artıq bir neçə ildir Katolikos II Qaregin və digər yüksək rütbəli ruhanilərin “itaətsizliyi” ucbatından Erməni Apostol Kilsəsinin nümayəndələrilə əlaqələrini kəsib.

Baş nazirin hətta böyük bayramlarda kilsə liturgiyalarına da qatılmadığı, nə Şam, nə də “Dirilmə” mərasimlərində iştirak etmədiyi bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi