Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə gün öncə parlamentdə etdiyi isterik çıxışı və qəribə hərəkərləri təkcə yerli KİV-lərin deyil, xarici mətbuatın da diqqətini çəkmiş və gündəm olmuşdu.
Modern.az xəbər verir ki, “İravunk” qəzetinin məlumatına görə, Paşinyanın isterikaya düşməsi heç də kortəbii emosiya partlayışı olmayıb. Qeyd edilir ki, əslində baş nazirin əsəbləşməsi öz reytinqinin düşməsi barədə məlumatlarla bağlı olub.
“İravunk” yazır ki, Paşinyanın şəxsi göstərişi ilə müxtəlif sahələrdə sorğular təşkil edilib. Nəticələr hakim “Mülki müqavilə” partiyasının və onun şəxsi reytinqinin, yumşaq desək, acınacaqlı vəziyyətdə olduğunu üzə çıxarıb.
“Parlamentdəki mənbələrimizin bildirdiyinə görə, bu xəbər baş nazirə Milli Assambleyanın iclasına gəlməzdən əvvəl çatdırılıb və Paşinyan çıxış edərkən emosiyalarını boğa bilməyərək, özündən çıxıb", - qəzet yazır.