Modern.az

Azərbaycanla Qazaxıstan hərbçiləri bir arada

Azərbaycanla Qazaxıstan hərbçiləri bir arada

Aktual

18 Aprel 2025, 18:36

Qazaxıstan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrini ziyarət edib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə Azərbaycan Xarici İşlər Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi, Xarici Kəşfiyyat İdarəsi, “Azərbaycan Hava Yolları” QSC və “Azəraeronaviqasiya” Hava Hərəkətləri İdarəsinin nümayəndələri də iştirak ediblər.

 

Görüş zamanı "Təxirəsalınmaz uçuşların təmin edilməsi zamanı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi" mövzusu çərçivəsində maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi