“20.04.2025-ci il tarixində Lerik rayonunun inzibati ərazisinin bəzi hissələrində “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadə zamanı müvəqqəti çətinliklərlə qarşılaşılması mümkündür.
Modern.az xəbər verir ki, bu barədə “Azercell Telekom”dan APA-ya məlumat verilib.
Bildirilib ki, hazırda yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber-optik kabellərin zədələnmiş hissələrinin bərpası istiqamətində təcili tədbirlər görülür:
“Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, tez bir zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir”.