Modern.az

Narkokuryerlik edən şəxs saxlanıldı - VİDEO 

Narkokuryerlik edən şəxs saxlanıldı - VİDEO 

Aktual

21 Aprel 2025, 14:24

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Azər Həsənov saxlanılıb. 

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, ondan 2 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb. A.Həsənov pul müqabilində narkokuryerlik etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs  barəsində həbs qətimkan təbiri seçilib.

Həmçinin, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 8 ədəd ov tüfəngi təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi