Modern.az

Ötən həftə azad edilmiş ərazilərdə daha 69 mina aşkarlanıb

Ötən həftə azad edilmiş ərazilərdə daha 69 mina aşkarlanıb

Aktual

21 Aprel 2025, 15:04

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.04.2025 - 20.04.2025) açıqlanıb.

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 60 piyada əleyhinə mina, 9 tank əleyhinə mina, 1072 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 893.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi