Modern.az

İcra başçısına birinci müavin TƏYİN EDİLDİ

İcra başçısına birinci müavin TƏYİN EDİLDİ

Aktual

21 Aprel 2025, 19:15

Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini dəyişdirilib.

 

Modern.az banker.az-a istinadən xəbər verir ki, Sabunçu RİH başçısının əmri ilə indiyə qədər müavin kimi çalışan 39 yaşlı Həsənli Elşən Nazim oğlu I müavin təyin edilib. Buna qədər I müavin Məmmədov Güloğlan Məmməd oğlu idi.

 

Həsənli Elşən Nazim oğlu 1986-cı ildə Yevlax şəhərində anadan olub.

 

2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının "Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.

 

2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.

 

2014-2022-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?