Modern.az

Naxçıvanda suyun verilməsi DAYANDIRILACAQ

Naxçıvanda suyun verilməsi DAYANDIRILACAQ

Aktual

22 Aprel 2025, 09:24

Naxçıvan şəhərinin bəzi yerlərində aprelin 22-də içməli suyun verilişi dayandırılacaq.

Modern.az-ın məlumatına görə, Naxçıvan şəhərində magistral su kəmərinin üzərində olan təzyiq qırıcıda nizamlama işlərinin aparılması ilə əlaqədar 56, 58, H.Rəhmanov, Ə.Qəmküsar, Babək məhəllələrində, Qaraçuq, Qaraxanbəyli, Tumbul, Bulqan və Hacıniyyət kəndlərində suyun verilməsində fasilə yaranacaq.

İşlər bu gün saat 10:00-dan başlayacaq və gün ərzində yekunlaşdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi