Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb.
Modern.az xəbər verir ki, başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər (26-ı daxil olmaqla) saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.
2013-cü ildən, sələfi XVI Benediktin (1927-2022) istefasından sonra, Roma Katolik Kilsəsinə başçılıq edən Fransisk aprelin 21-də 89-cu yaşında vəfat edib. Onunla vidalaşma mərasimi Müqəddəs Pyotr kilsəsində keçirilməlidir. Tədbir ölüm günündən dörd ilə altı gün arasında baş tutmalıdır. Dəqiq tarix kardinallar tərəfindən çərşənbə axşamı müəyyən ediləcək.