Modern.az

Putin Roma Papasının dəfninə gedəcək? - AÇIQLAMA

Putin Roma Papasının dəfninə gedəcək? - AÇIQLAMA

Aktual

22 Aprel 2025, 16:16

Rusiya prezidenti Vladimir Putin Roma Papası I Fransiskin dəfn mərasiminə getməyi planlaşdırmır.

Modern.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezidentin belə planları yoxdur”, - Peskov deyib.

Rusiyadan Vatikana kimin gedəcəyi ilə bağlı suala prezidentin mətbuat katibi belə cavab verib ki, bu haqda hələlik qərar verilməyib.

Putin dünən Roma Katolik Kilsəsinə teleqram vuraraq başsağlığı verib. “Mənim bu görkəmli insanla bir neçə dəfə ünsiyyət qurmaq imkanım olub və onun ən parlaq xatirəsini əbədi olaraq saxlayacağam”, - o deyib.

Prezident Papanın Pasxa günlərində dünyasını dəyişməsini “xüsusi əlamət” hesab edib. Putin 2015 və 2019-cu illərdə pontifiklə görüşüb.

Papa Fransiskin dəfn mərasimi aprelin 26-da şənbə günü keçiriləcək.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi