Modern.az

AKTA-ya yeni icraçı direktor təyin edildi

AKTA-ya yeni icraçı direktor təyin edildi

Aktual

22 Aprel 2025, 17:27

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib.

Modern.az bu barədə assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə, bu vəzifə Rauf Cabarova həvalə edilib.

Bildirilir ki, həmçinin AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq, İcra Aparatı formalaşdırılıb.

Ümumi yığıncağın qərarına əsasən, İdarə Heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bundan əvvəl R.Cabarov AKTA-nın İdarə heyətinin sədrinin müavini olub. O, bu vəzifədə Elvin Balacanovu əvəz edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi