Modern.az

Narkotikin təsiri altında olan sürücü saxlanıldı

Narkotikin təsiri altında olan sürücü saxlanıldı

Aktual

23 Aprel 2025, 09:54

Tovuzda narkoti vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Modern.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Sürücü Ə. Axundov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi