Modern.az

60 il öncə çəkilən film bərpa olunub - VİDEO

60 il öncə çəkilən film bərpa olunub - VİDEO

Aktual

23 Aprel 2025, 10:36

“Dəniz” sənədli filmi 1965-ci ildə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Modern.az xəbər verir ki, film 2023-cü ildə Oqtay Mirqasımovun 80 illik yubileyi ərəfəsində Azərbaycan Dövlət Film Fondu tərəfindən rəqəmsallaşdırılaraq elektron bərpa olunub.

Diktor mətni yoxdur, danışan dənizdir. Kinooçerkdə dənizin həyatımızdakı önəmli rolundan bəhs edilir.  Xəzər dənizinin sərvətlərindən lirik planda söhbət açılır,  orada çalışan insanların cəsurluğu və romantik əməyi tərənnüm olunur.

Filmin rejissoru Oqtay Mirqasımov, ssenari müəllifləri Anar və Maqsud İbrahimbəyov, operatorları Zaur Məhərrəmov, Tofiq Sultanov və Boris Vlasov, bəstəkarı Emin Sabitoğludur.  Məxsusi həmin film üçün yazılmış, sözləri Vaqif Səmədoğluna məxsus eyniadlı mahnını Anatollu Qəniyev ifa edir.
 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi