Modern.az

Vəfalı çinli - Si Cinpinin atası barədə hekayət

Vəfalı çinli - Si Cinpinin atası barədə hekayət

23 Aprel 2025, 13:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çində səfərdədir. Azərbaycanla Çin bir çox sahələrdə yüksək səviyyəli əməkdaşlıq edir. Bu, Prezident İlham Əliyevin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə də vurğulanıb. Bu görüşün nəticəsi olaraq Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb.

Hələ 2023-cü ildə Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verərkən, dialoqda maraqlı bir məqam diqqətimi çəkmişdi. Həmin müsahibədə söhbət dostluqdan, etibardan və kişilikdən gedirdi. Bu yazıda həm Azərbaycan Prezidenti İlham Əliyevin dostluq və mərdlik haqqındakı fikirləri, həm də Si Çinpinin Çin lideri kimi malik olduğu müsbət keyfiyyətləri diqqətə çatdırmaq fikrindəyəm. Çin dövlətinin müxbiri ilə müsahibədən qısa seçmə:

Müxbir: Azərbaycanla Çin arasında dostluq, Sizin Çin xalqına münasibətiniz tərəfimizdən çox yüksək dəyərləndirilir.

Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bizim çox yaxşı münasibətlərimiz var. Çin və Azərbaycan yaxşı dostlardır. Mənim sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub.

Müxbir: Bu, Sizin doğum gününüzə təsadüf edirdi? O, Sizi doğum gününüz münasibətilə təbrik etdi.

Prezident İlham Əliyev: Hətta ondan öncə, biz keçən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdük. Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı.

Müxbir: Bizim bir neçə ətraflı müsahibəmiz olub, Sizin çox konstruktiv olduğunuzu xatırlayıram. Siz istəyirsiniz ki, insanlara ölkənizin necə olduğunu deyəsiniz. Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır?

Prezident İlham Əliyev: İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm.

Azərbaycan dövlətinə xüsusi hörmət və məhəbbət bəsləyən, onun başçısını dəyərləndirməyi bacaran Çin Xalq Respublikasının Sədri Si Çinpinin atası - uzun illər Çin Respublikasının rəhbəri olmuş Si Çjunsyun da nüfuzlu dövlət xadimi idi. 

Çinin dövlət başçısı tez-tez məktəblilər və gənclərlə görüşməyə üstünlük verir. Bu görüşlərdə o, uşaqlıq illərinin xatirələrini bölüşür. 2003-cü ildə Çinin Mərkəzi Televiziyasına müsahibə verərkən o deyib: “Mən ciddi ənənlərə sadiq inqilabçı ailədə böyümüşəm. Biz daim böyük bacı-qardaşlarımızın köhnə paltarlarını geyinər və çox vaxt yamaqlı paltarlarda gəzərdik”.

2014-cü ildə ibtidai sinif məktəbindəki pionerlər qarşısında görüşündə isə uşaqlığını belə xatırlayıb:

“Mən ilk təhsilimi 1959-cu ildə Pekinin Xaydyan rayonunda milli məktəbdə almışam. 1960-cı ildə isə pioner sıralarına qəbul olunmuşam. Sinifdə ən azyaşlı uşaq mən olduğumdan, birinci sinifdə pioner sıralarına keçirmədilər. Mən acı-acı ağladım”.

Elə həmin gün Çində ənənəvi olan Kalliqrafiya dərsləri haqqında ilk xatirəsini də bölüşüb:

“Balaca olanda anam mənə illüstrasiyalı nağıl kitabı aldı. Orada Çinin milli qəhrəmanı Yu Feyanın vətəni necə müdafiə etməsi barədə nağıllar var idi. Bu nağılda Yu Feyanın anası oğlunun bədənini yandıraraq 4 kəlmədən ibarət “Özünü Vətənə qurban ver!” sözlərini heroqliflə yazdırır. Mən anamdan soruşdum ki, “Ana, o uşağı yandıranda canı acımayıb?”. Anam dedi ki, “əlbəttə canı ağrayıb, lakin o, vətən qəhrəmanı oldu!”. Anamın bu nağılı ömürlük mənim yaddaşımda qaldı”.

2016-cı ilin 9 sentyabrında məktəblilərlə görüşündə Si Çinpin uşaqlıqdan idmana olan böyük marağından danışıb. Deyib ki, idman insanın xarakterinin möhkəmlənməsində, ağılının, estetik və fiziki mənada inkişafında çox böyük rol oynayır:

“Mən 50 il bundan əvvəl sizin oxuduğunuz bu məktəbdə futbol oynayardım”.

2017-ci ildə isə xokkeyçilər üçün tikilən “Ukesun” idman zalında uşaqlıq illərini belə xatırlayıb:

“Mən balaca olanda qış fəslində qardaşımla həmişə Şiçaxay gölünün üstündə sürüşməyə gedirdik. O zaman belə şərait yox idi. Bizim yaşıdlarımızın hamısının şəxsi konkiləri var idi. Mənim isə qardaşımla cəmi bir cüt konkimiz olardı. Pulumuz ancaq buna yetirdi. Biz növbəli şəkildə sürüşərdik. Növbəti dəfə sürüşmək istəyəndə mən öz konkimi qardaşıma verərdim”.

Si Çinpinin qazax xalqına da xüsusi məhəbbəti var. Bu sevginin tarixi çox qədimlərə gedib çıxır. Qazaxıstanda olarkən tanış olduğum bir əhvalatı sizlərlə bölüşmək istəyirəm.

Kazinform İA-nın xüsusi müxbiri yerli muzeylərin birində Si Çjunsyunun bir qazax ailəsi ilə olan şəklini görüb. Bu şəklin tarixçəsini araşdırıanda məlum olub ki, Çin prezidentinin inqilabçı atası Si Çjunsyun (1913-2002) 1950-ci ildə Çin Kommunist Partiyası Şimali Şərq bürosunun rəhbəri işləyərkən, Qansu vilayətinin də inikaşına nəzarət edib. Həmin dövrdə əyalətdəki AKAU bürosunun rəhbəri olan qazax əsilli Saxidulla üç dəfə Si Çjunsyunun qəbulunda olub. Onların iş görüşmələri şəxsi dostluğa çevrilib.

1958-ci ildə tabeliyində olan əyalətlərdən birini yoxlamağa gedən Si Çjunsyun Saxidollanın rəhbər olduğu Aksay obasına baş çəkirr, dostlar birlikdə nahar etdikdən sonra büro rəhbəri buradakı qazaxlar və Saxidullanın ailəsi ilə şəkil çəkdirir.

Qazax əsilli Saxidullanın 1958-ci ildə indiki Çin rəhbəri ilə çəkilən ailə şəkli barədə xəbər Qazaxıstanda yayılandan sonra 2012-ci ildə Çinin informasiya vasitələrində də yayılır. AKAU partiya komitəsi tarixçilərin iştirakı ilə araşdırmaya başlayır. Saxidollanın ailəsini tapırlar. 13 oktyabr 2013-cü ildə Saxidullanın 58 yaşlı oğlu Bakıt (həmin şəkildə Bakıt anasının qucağındadır) Çin dövlət başçısının anasının dəvəti ilə Çin Xalq Respublikasının mərhum sədri Si Çjunsyunun 100 illik yubileyində iştirak edir. Çinin hazırkı dövlət rəhbərininin anasına qazax milli geyimi bağışlayır. Çin dövlətinin rəhbərinin anası deyib ki, Si Çjunsyun ölməzdən əvvəl həyat yoldaşına Saxidullanın ailəsini tapıb güzəranları haqqında öyrənmələrini xahiş edibmiş. 




Aida Eyvazlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi