Modern.az

Yasamalda bank kartından 5 min manat oğurlandı

Yasamalda bank kartından 5 min manat oğurlandı

Aktual

23 Aprel 2025, 15:38

Yasamalda bir nəfərin bank kartından 5000 manat oğurlayan şəxs saxlanılıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartından 5000 manatının oğurlanmasını bildirib.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı M.Vəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi