Modern.az

Zelenski Afrika səfərini yarıda qoydu - YENİLƏNİB

Zelenski Afrika səfərini yarıda qoydu - YENİLƏNİB

Aktual

24 Aprel 2025, 12:22

Ukrayna Prezidenti Volodimir Zelenski CAR-a səfərini yarıda qoyaraq ölkəsinə qayıtmağa qərar verib. 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Zelenski öz teleqram kanalında açıqlayıb. 

Bildirilib ki, buna səbəb Rusiya ordusunun ötən gecə paytaxt Kiyevi raket atəşinə tutması olub. 

Onun sözlərinə görə, hücum nəticəsində çox sayda dağıntı qeydə alınıb, hazırda xilasetmə əməliyyatı davam etdirilir. 

Zelenski qeyd edib ki, CAR Prezidenti Siril Ramafosunu vəziyyətlə bağlı məlumatlandıracaq: “Bu səfərin proqramının bir hissəsini təxirə salıram və CAR prezidenti ilə görüşdən dərhal sonra Ukraynaya qayıdıram”.

O bildirib ki, Ukraynanın XİN rəhbəri Andrey Sibiqa CAR-da bütün zəruri görüşləri keçirəcək. 

***

12:01

Ukrayna prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenska Cənubi Afrika Respublikasına səfər ediblər. 

Modern.az xəbər verir ki,  bu barədə Zelenski teleqram kanalında məlumat verib. 

"Biz Cənubi Afrikada prezident Siril Ramafosa və Afrika ölkələrinin siyasi, ictimai və tələbə icmalarının nümayəndələri ilə mühüm görüşlərə hazırlaşırıq", - Ukrayna lideri yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi