Modern.az

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

Aktual

24 Aprel 2025, 12:04

Aprelin 23-də Bakının Suraxanı rayonunda yerləşən qəbiristanlıqların birində oğurluq hadisəsi qeydə alınıb.

Modern.az-ın xəbərinə görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində baş verib. Məlumata görə, qəbiristanlıqdakı məzarlardan birinin ətrafına çəkilmiş 400 manat dəyərində dəmir barmaqlıqlar oğurlanıb.

Əməli törədən şəxsi polis artıq saxlayıb.

Onun qəbiristanlıqdakı digər bir məzardan da 350 manat dəyərində dəmir çəpərləri oğurladığı məlum olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi