Modern.az

İstanbulda 266 afterşok qeydə alınıb

İstanbulda 266 afterşok qeydə alınıb

Aktual

24 Aprel 2025, 12:34

İstanbulda dünən saat 12:49-da Mərmərə dənizində Silivri yaxınlığında baş verən 6,2 maqnitudalı zəlzələdən sonra aprelin 24-ə səhərə qədər 266 afterşok qeydə alınıb.

Modern.az Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Qurumu (AFAD) məlumat verib.

"Bu gün saat 09:00-a qədər 266 afterşok qeydə alınıb - onlardan 258-i 0-dan 4-ə qədər maqnitudada, yeddisi 4-dən 5-ə qədər maqnitudada, biri isə 5-dən yuxarı maqnitudada olub", - məlumatda deyilir.

Son məlumatlara görə, zəlzələ nəticəsində 236 nəfər xəsarət alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi