Modern.az

Gəncə Dövlət Universitetində yeni dərs vəsaiti nəşr olundu - FOTO

Gəncə Dövlət Universitetində yeni dərs vəsaiti nəşr olundu - FOTO

25 Aprel 2025, 14:00

Müasir dövrdə istehsal proseslərinin avtomatlaşdırılması texniki tərəqqinin əsas istiqamətlərindəndir. Avtomatlaşdırma mexanikləşdirmənin ən yüksək forması olub, insanın bilavasitə iştirak etmədiyi, lakin onun nəzarəti altında icra olunan istehsalat proseslərinin yerinə yetirilməsinə imkan verən cihazların, tərtibatların, maşınların tətbiqini nəzərdə tutur. İndi avtomatlaşdırma bütün istehsalata, yəni yeni məhsulun layihələndirilməsindən onun hazırlanmasına qədər olan bütün sahələrə tətbiq olunur. Elm və texnikanın qarşısında duran ən mühüm məsələlərdən biri istehsalatın avtomatlaşdırılmasını, texniki səviyyəsinin yüksəldilməsini, avtomatlaşdırma vasitələrinin sürətli inkişafını təmin etməkdən ibarətdir. Ona görə də bakalavriat təhsil səviyyəsinin “Texnologiya müəllimliyi” və “Maşın mühəndisliyi” ixtisaslarında  “Avtomatikanın əsasları” fənni tədris olunur.  Bu fənn tələbələrə avtomatik sistemlərin bütün sahələrdə nəzəri və təcrübi tətbiq edilməsinin əsas vəziyyətlərini mənimsətmək məqsədilə öyrənilir. Bu məqsədlə Gəncə Dövlət Üniversitetinin kafedra müdiri, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov və həmin kafedranın müəllimi İradə Seyidova  “Avtomatikanın əsasları” adlı dərs vəsaiti  hazırlayıblar.

Gəncə Dövlət Universitetində həmin nəşrin  təqdimat mərasimi keçirilib. Təqdimatda Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, rektorun baş müşaviri Asif Cavadov,  Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva,  Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri Afaq Qasımova, Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev, Magistratura şöbəsinin müdiri Emin Yaqubov, Fizika kafedrasının müdiri Yəhya Namazov çıxış ediblər.

Sonda müəllif Elçin Cavadov yekun sözü ilə çıxış edərək, universitetdə sağlam elmi və işgüzar mühit yaratdığına, habelə belə tədbirlərin təşkil olunmasına görə  Gəncə Dövlət Universitetinin rəhbərliyinə, təhsilə, elmə gostərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə, I Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi