Modern.az

Azərbaycan XİN-dən İrana başsağlığı

Azərbaycan XİN-dən İrana başsağlığı

Aktual

27 Aprel 2025, 09:51

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu burədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.

 

“İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.

 

Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.

 

Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan ölüb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi