Modern.az

Bakıdakı "General Hospital" klinikası cərimələndi

Bakıdakı "General Hospital" klinikası cərimələndi

Aktual

29 Aprel 2025, 09:20

Bakıdakı "General Hospital" klinikası 6 min manat məbləğində cərimə edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi 17 mart 2025-ci ildə klinika haqqında İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikatsiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edib.

Bakı şəhəri Suraxanı rayon Məhkəməsi Səhiyyə Nazirliyinin protokolunu təsdiq edib və "General Hospital" klinikası barədə inzibati tənbeh tətbiq edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər