Modern.az

Sumqayıt və Abşeronun bu ərazilərinin suyu KƏSİLƏCƏK

Sumqayıt və Abşeronun bu ərazilərinin suyu KƏSİLƏCƏK

30 Aprel 2025, 15:38

1-3 may tarixlərində Sumqayıt şəhərinin bəzi hissələri, Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Modern.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, fasiləyə səbəb Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə təmir işlərinin aparılmasıdır.

3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı