Modern.az

5 marşrut xəttinə yeni avtobuslar buraxılır

5 marşrut xəttinə yeni avtobuslar buraxılır

Aktual

30 Aprel 2025, 17:55

Bakıda 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edilir.

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir

Məlumata görə, 91, 105, 147, 158 və 216 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar mayın 1-dən yeni avtobuslarla xətlərin istismarını həyata keçirəcəklər.

Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində avtobusları yenilənən marşrutların istiqamətləri - 91 nömrəli marşrut: Binəqədi qəsəbəsi (“Bakı Poladtökmə” ASC) – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 105 nömrəli marşrut: Balaxanı qəsəbəsi – C.Naxçıvanski küçəsi (“8-ci kilometr” bazarı), 147 nömrəli marşrut: Məmmədli qəsəbəsi – "Azadlıq prospekti" metrostansiyası, 158 nömrəli marşrut: Xocəsən qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası, 216 nömrəli marşrut: Balaxanı qəsəbəsi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzidir.

Qeyd edək ki, sözügedən marşrutlar üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi