Vaşinqton və Kiyev Ukraynanın təbii ehtiyatlarına çıxış haqqında saziş imzalayıb.
Modern.az xəbər verir ki, Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko bu haqda sosial şəbəkədə yazıb.
“ABŞ-ın maliyyə naziri Scott Bessent ilə birlikdə mən ABŞ-Ukrayna arasında Bərpa İnvestisiya Fondunun yaradılması haqqında Sazişi imzaladım”, - o bildirib.
Bu saziş ABŞ-a Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək.
Nazirin sözlərinə görə, Kiyev və Vaşinqton Ukraynada qlobal sərmayələri cəlb edəcək Ukraynanın Bərpası üçün İnvestisiya Fondu yaradacaq.