Modern.az

Salyanda narkotik yetişdirən 4 nəfər tutuldu

Salyanda narkotik yetişdirən 4 nəfər tutuldu

Aktual

1 May 2025, 08:55

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Qismət Salahov saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxsə məxsus istixanaya keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 230 ədəd çətənə kolu aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyat zamanı Qurban Cəfərov, Anar Zamanov və Şahin Hüseynov da saxlanılıblar. Həmin şəxslərin yaşadıqları ünvanlardan isə ümumilikdə 53 ədəd çətənə kolu və narkotik vasitə marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi