Modern.az

Azad edilmiş ərazilərdə daha 381 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 381 mina aşkarlandı

Aktual

1 May 2025, 13:50

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprel ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Modern.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 302 piyada əleyhinə mina, 79 tank əleyhinə mina, 3047 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6365.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi