Modern.az

Bakı-Ağstafa-Bakı qatarlarında yeni reyslər

Bakı-Ağstafa-Bakı qatarlarında yeni reyslər

Aktual

1 May 2025, 19:07

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə mayın 9-dan 11-dək əlavə qatar reysləri təyin edir.

 

Modern.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

 

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

 

"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə məlumatda qeyd edilib

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu