ABŞ prezidenti Donald Tramp öznün Truth sosial şəbəkəsində İran neftinin bütün alışlarını dərhal dayandırmağa çağırıb.
Modern.az xəbər verir ki, Tramp İran neftini alan ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyib.
“İran neftinin və ya neft-kimya məhsullarının bütün alışları dərhal dayandırılmalıdır! İrandan hər kəmiyyətli neft və ya neft-kimya məhsulları alan istənilən ölkə və ya fiziki şəxs dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq.
Onların heç bir şəkildə Amerika Birləşmiş Ştatları ilə iş aparmasına icazə verilməyəcək”, - ABŞ prezidenti xəbərdarlığında vurğulayıb.