Modern.az

İran-ABŞ danışıqları niyə ertələndi...

İran-ABŞ danışıqları niyə ertələndi...

Aktual

2 May 2025, 09:21

İran və ABŞ arasında şənbə günü (3 may) Romada keçirilməsi planlaşdırılan dolayı danışıqların növbəti raundu təxirə salınıb.

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi jurnalistlərə bildirib.

Bekayi bu dəyişikliyin Oman xarici işlər nazirinin təklifi ilə edildiyini və yeni tarixlə bağlı məlumatın daha sonra veriləcəyini bildirib.

XİN rəsmisi İran xalqın qanuni maraqlarını təmin etmək, qeyri-qanuni sanksiyalara son qoymaq və iqtisadi təzyiqləri aradan qaldırmaq üçün diplomatiyaya sadiqliyini vurğulayıb.

Bekayi həmçinin bildirib ki, İran ədalətli, ağlabatan və qalıcı razılaşma əldə etmək üçün nəticəyə yönəlmiş danışıqlarda qətiyyətlə irəliləyəcək.

O qeyd edib ki, İran nümayəndə heyəti danışıqlarda vicdanla iştirak edib və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ və qeyri-qanuni sanksiyaların aradan qaldırılması ilə bağlı ölkənin prinsiplərinə əsaslanan və beynəlxalq hüquqa uyğun çərçivə təqdim edib.

İran mənbələri Tehran və Vaşinqton arasında danışıqların təxirə salınmasının səbəbini açıqlayıb.

Məlumatlı mənbələr bildiriblər ki, danışıqların təxirə salınmasına səbəb ABŞ hökumətinin danışıqlara zidd münasibəti olub.

"Vaşinqton danışıqların ümumi çərçivəsini dəyişməyə çalışırdı, lakin bu çərçivə daha əvvəl qərara alınmışdı. İran və Avropa arasında sabah keçirilməsi planlaşdırılan danışıqlar da təxirə salınıb", - mənbə bildirib. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi