Modern.az

Yasamalda oğurluq edənlər saxlanıldı

Yasamalda oğurluq edənlər saxlanıldı

Aktual

2 May 2025, 12:12

Yasamal rayonu ərazisində yerləşən restoranların birində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, həmin obyektdə çalışan şəxsin 30 manat pulu və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Modern.az xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş 31 yaşlı T.Quliyev saxlanılıb.

Həmçinin rayon ərazisində yerləşən parkların birindən bir nəfərə məxsus 3000 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 18 yaşlı R.Həsənov da saxlanılıb.

Araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu