Modern.az

Fələstinə yardım aparan gəmi dronla vuruldu

Fələstinə yardım aparan gəmi dronla vuruldu

Aktual

2 May 2025, 16:56

Fələstinə humanitar yardım aparmaq məqsədilə Qəzzaya yola düşməsi planlaşdırılan “Azadlıq Flotiliyası Koalisiyasına” məxsus gəmi beynəlxalq sular daxilində, Malta sahilləri yaxınlığında dronların hücumuna məruz qalıb.

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər qeyri-hökumət təşkilatına istinadən məlumat yayıb.

“Azadlıq Flotiliya Koalisiyası” insidentin bu gün gecə saatlarında baş verdiyini bildirib və dərhal SOS siqnalı verildiyini açıqlayıb. Koalisiya hücumun arxasında İsrailin dayandığını iddia edir.

Təşkilatın məlumatına görə, gəmidə iqlim fəalı Qreta Tunberq də daxil olmaqla bir sıra fəallar yer almalı idi. Məqsəd İsrailin Qəzzaya qarşı tətbiq etdiyi blokadanı yarmaq və bölgəyə humanitar dəhliz açmaq olub.

Malta hökuməti bütün heyət üzvlərinin sağ olduğunu, gəmidəki yanğının isə gecə saatlarında nəzarət altına alındığını bildirib. İsrail ordusu isə insidentlə bağlı xəbərləri araşdırdıqlarını bəyan ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi