Modern.az

İlham Əliyevə təşəkkür edirəm! - Şimali Kipr Prezidentinin müşaviri

İlham Əliyevə təşəkkür edirəm! - Şimali Kipr Prezidentinin müşaviri

Aktual

3 May 2025, 17:41

“Əvvəla cənab Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm”.

Modern.az xəbər verir ki, bunu  Şimali Kipr Türk Respublikasının Prezidentinin xüsusi müşaviri Gökhan Güler “Dildə, fikirdə, işdə birlik: Türk dünyasının gələcəyi” panel iclasında çıxış edərkən deyib.

“Cənab Prezident İlham Əliyev ADA Universitetində çıxışı zamanı Şimali Kiprin yanında olacaqlarını, onun müstəqilliyin tanınması prosesinə dəstək verəcəklərini deyib. Bir daha Azərbaycan Prezidentinə təşəkkür edirəm. Azərbaycandakı nümayəndəliyimizin statusunun böyüdülməsini gözləyirik. Eyni zamanda Qırğızıstan ölkəmizdə təmsilçiliyinin açılması ilə bağlı prosesin baş tutacağını deyib. Şimali Kiprin izolasiyadan xilas olmasının TDT üçün önəmli olduğunu unutmamaq lazımdır. Türk dünyasının “Dildə, fikirdə, əməldə birlik” şüarına uyğun davranması vacibdir”,- o deyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi