Modern.az

Sumqayıtda silah-sursat tapıldı 

Sumqayıtda silah-sursat tapıldı 

Aktual

3 May 2025, 22:34

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.

 

Modern.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi, Xəzər bağları ərazisində 1 ədəd ov tüfəngi, Hacı Zeynalabdin qəsəbəsində “Kalaşnikov” avtomatına məxsus 145 ədəd 7.62 mm, 72 ədəd 5,45 mm-lik patron, 3 ədəd həmin silaha məxsus daraq və “Makarov” tipli tapançaya məxsus 40 ədəd 9 mm-lik patron aşkar edilib.

 

Silah-sursatlar aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!