Modern.az

Hücumdan sonra Özgür Özəldən İLK AÇIQLAMA

Hücumdan sonra Özgür Özəldən İLK AÇIQLAMA

4 May 2025, 16:51

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl məruz qaldığı fiziki zorakılıqdan sonra ilk dəfə açıqlama verib.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özgür Özəl bunu “siyasətə olunan hücum” adlandırıb:

 

“Hadisədən sonra birinci qızımla xanımıma zəng etdim. Onlara işimin başında olduğumu bildirdim. Qızım nigaran qaldığı üçün ona baş çəkdim.

 

Liderlər həbs olundu, qarayaxma cəhdləri oldu. “Çirkli” məlumatlar ətrafda uçuşur. Zəng edib qınayırlar. Mən bunu siyasətə hücum kimi də qiymətləndirirəm. Nə olursa olsun, biz zorakılığa göz yummamalıyıq. Qütbləşmə heç kimə fayda vermir. Hücumlar bizi ruhdan salsaydı, sədrliyə talib olmazdıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU