Modern.az

Aeroport yolunda sürət həddi artırıldı

Aeroport yolunda sürət həddi artırıldı

Aktual

5 May 2025, 09:04

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.

Bu barədə Modern.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

"Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb", - deyə NİİM-dən bildirilib.

Xatırladaq ki, sürət həddi ötən gün axşam saatlarında endirilmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi