Modern.az

Bakının bu rayonunda işıqlar KƏSİLƏCƏK

Bakının bu rayonunda işıqlar KƏSİLƏCƏK

Aktual

5 May 2025, 11:20

Bu gün Bakının Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Modern.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq kabel xəttində əsaslı təmir-bərpa işləri aparıldığına görə mayın 5-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 14:00-dan etibarən Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Xudu Məmmədov küçələrinin bəzi ərazilərində, bir sıra ictimai və ticarət müəssisələrində, eləcə də bəzi mənzil tikinti kooperativlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi