Modern.az

Putinin atəşkəs qərarı qüvvəyə mindi

Putinin atəşkəs qərarı qüvvəyə mindi

8 May 2025, 09:33

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi üç günlük atəşkəs bu səhər qüvvəyə minib.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirlib ki, Rusiya pilotsuz təyyarələri və ballistik raketlərinin bir neçə gecə gün davam edən güclü hücumlarından sonra bu gün Ukraynanın böyük şəhərlərində sakitlik yaranıb.

Xatırladaq ki, Kreml Rusiya prezidenti Vladimir Putinin qərarı ilə mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-a qədər atəşkəsin tətbiq ediləcəyini açıqlayıb. 

Ukrayna prezidenti Vladimir Zelenski faşizm üzərindəki qələbənin 80-ci ildönümünün qeyd edilməsilə bağlı Rusiyanın 3 günlük atəşkəs təklifini rədd edib, 30 günlük atəşkəs istəyib.

Ukrayna Silahlı Qüvvələrinin bu üç gündə necə davranacağı hələ məlum deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi