Modern.az

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə bağlı MÜHÜM AÇIQLAMA

8 May 2025, 15:40

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinin seçkili orqanları yenidən formalaşdırılıb. Hazırda qanunvericilikdə nəzərdə tutmuş qaydada qəbul edilən dəyişikliklərin dövlət qeydiyyatına alınma prosesi davam edir.

Modern.az-ın məlumatına görə, qurumdan Teleqraf-a bildirilib ki, ötən il iyulun 19-da təşkilatın növbədənkənar konfransı keçirilib.

Məlumata görə, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilən Dövlət Qeydiyyatı haqqında Reyestrdən çıxarışa əsasən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinin seçkili icra orqanlarının səlahiyyətləri 20.05.2025-ci il tarixədək qüvvədədir.

O da qeyd edilib ki, 20.05.2025-ci il tarixdən sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyi İdarə Heyyətinin adından çıxış edən şəxslər səlahiyyətsizdir. Birliyin İdarə Heyyətinin sədrinin və üzvlərinin adından çıxış edilməsi cinayət xarakterli əməl olaraq, vəzifəli şəxslərin səlahiyyətlərinin mənimsənilməsi kimi qiymətləndirilərək, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi