Modern.az

Məşhur mebel şirkəti cərimələndi - 20 min MANAT

Məşhur mebel şirkəti cərimələndi - 20 min MANAT

Aktual

9 May 2025, 13:13

Mebel satışı ilə məşğul olan "Embawood MMC" əmək müqaviləsi olmadan işçi çalışdırdığı üçün cərimələnib.

Modern.az-ın məlumatına görə, şirkətə 20 min manat cərimə yazılıb.

MMC barədə 13 mart 2025-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının əmək fəaliyyəti ilə bağlı nəzarət qaydasında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən fiziki şəxslərə hər hansı işlərin (xidmətlərin) uyğunlaşdırılmasına uyğunlaşdırılmasına görə) maddəsi ilə tərtib edilən protokol məhkəmə tərəfindən təsdiq edilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə şirkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər